PHP-Fusion

Copyright © 2002 - 2008 Nick Jones
Versiya: 7.00 - Yayımlanma Tarixi: 21/06/2008
Giriş
PHP-Fusion qurulumu çox bəsit, istifadəsi rahat bir idarəetməyə sahib, PHP 5 ilə kodlanmış (PHP 4 ilə uyumlu) və MySQL məlumat bazası istifadə edən müdhiş bir tərkib idarəetmə sistemidir (CMS)dir. Digər tərkib idarəetmə sistemlərində mövcud olan özəlliklərin çoxusu PHP-Fusionda vardır.

Bu program pulsuzdur: proqram "(Free Software Foundation)" tərəfindən yayımlanan "GNU Affero General Public License (AGPL)" lisenziyasına uyğun şəkildə və lisenziyanın 3-cü versiyası və ya daha yeni versiyaların yazılıma daxil etmək məqsədi ilə yeniden paylaşıla bilər və dəyiştirilə bilər.

Bu proqram, faydalı olacağı düşünülərək yayımlanmışdır, amma buna HEÇ BİR QARANTİYA VERİLMİR; Daha ətraflı məlumat üçün Affero General Public License lisenziyasına baxın.

Bu proqram ilə birlikdə GNU Affero General Public License Lisenziyası bir nüsxəsini də əldə etməlisiniz. Əgər lisenziya proqram daxilində mövcud deyiləs, o zaman bu ünvandan www.fsf.org əldə edə bilərsiniz.

Önəmli QEYD: Saytın aşağı hissəsindəki (Footerdə) mövcud olan müəllif hüququnu göstərən yazı (copyright) silinməməlidir:

Powered by PHP-Fusion copyright © 2002 - 2008 by Nick Jones.
Released as free software without warranties under GNU Affero GPL v3.

Copyright silmək istəyirsinizsə o zaman www.php-fusion.co.uk ünvanındakı lisenziya silmək üçün məlumatları oxuyun.

Qurulum
PHP-Fusionu qurmamışdan qabaq bir MySQL məlumat bazası yaratmalısınız. Bunu phpMyAdmin və ya Web Host Kontrol Panelinizdən edə bilərsiniz. Qurulum ərəfəsində lazım olacaq mysql əlaqə məlumatlarınızı bir yerə qeyd etməyi unutmayın. Bu məlumatlar qurulumda lazıml olacaq mysql host adı, istifadəçi adı, şifrə və məlumat bazası adı kimi digər məlumatlardır.

1. Faylları yükləməmişdən qabaq, ana qovluqdakı (files içərisindəki) _config.php faylının adını config.php olaraq dəyişdirin.

2. Web serverinizə files qovluğu içərisindəki faylları FTP proqramınız vasitəsi ilə yükləyin.

3. Əgər PHP-Fusionu localhostda istifadə etməyəcəksinizsə, aşağıdaki fayl və qovluqların CHMOD dəyərlərini 777 qeyd etməlisiniz:

  • administration/db_backups/
  • images/
  • images/imagelist.js
  • images/articles/
  • images/avatars/
  • images/news/
  • images/news_cats/
  • images/photoalbum/
  • images/photoalbum/submissions/
  • forum/attachments/
  • config.php

4. Saytınıza brauzeriniz vasitəsi ilə daxil olun. setup.php avtomatik olaraq işə düşəcəkdir. Əgər işə düşməzsə setup.php-i manual olaraq tam ünvanı daxil edərək işə salın. Məsələn: http://www.saytadi.com/setup.php.

5. Qurulum işini setup faylının yönləndirdiyi şəkildə tamamlayın.

6. PHP-Fusion Qurulumu bittikdən sonra config.php faylının CHMOD-unu 644 olaraq dəyişdirdikdən sonra setup.php-ı serverinizdən silməyi unutmayın.

V6.01.1X VERSİYALARINDAN V7-ə YENİLƏMƏ
Yeniləmə işlərinə başlamamışdan öncə zəhmət olmasa mövcud php fusion versiyanızın fayl və mysql məlumat bazasının ehtiyyat nüsxəsini çıxardığınızdan əmin olun. PHP-Fusion 7 yenilənməsi, digər yenilənmələrə nəzərən köklü bir yeniləmə olduğundan bunu edə bilməniz üçün daha diqqətli olmağınızı məsləhət görürük. Aşağıdaki mərhələləri bir-bir yerinə yetirməniz lazımdır.

1. Versiya 6 kodları Versiya 7 ilə uyğun deyildir. Bu səbəbdən standart olmayan yüklü modul və lövhələrinizi yığışdırın və ya Versiya 7 ilə uyğun versiyalarını qurun. Bu mərhələ çox vaxibdir, Ümumiyyətlə bütün modul və lövhələri yığışdırıb mümkün qədər saytı adi versiya 6 fusion halına gətirməniz yeniləmənin müvəffəqiyyətlə həyata keçməsinə yardımçı olacaq.

2. İlk öncə 'upgrade v601x' qovluğunun içərisindəki faylı saytınızdakı administration qovluğuna yükləyin (üzərinə yazılması üçün sual gələrsə "hə" deyin.).

3. Daha sonra saytınıza Baş İdarəçi olaraq girin. İdarəetmə lövhəsi---> Sistem lövhəsi --->Yeniləməyə daxil olun, Yenilə (Upgrade) düyməsinə tıklayaraq yeniləyin. Bu zaman DİQQƏTLİ olmalısınız, 'Database upgrade complete' yazısı göründüsə bu o deməkdir ki, Məlumat bazası yeniləməsi müvəffəqiyyətlə tamamlandı.

4. ÇOX ÖNƏMLİ: Bu versiyada çoxlu struktur dəyişikliyi olduğundan bütün faylları yükləməmiş və yeniləməni sona qədər bitirməmiş saytınız işləməyə bilər. İndi isə files qovluğu içərisindəki bütün Faylları serverinizə YÜKLƏMƏLİSİNİZ.

Əgər hər hansı bir mərhələdə çətinliklə üzləşdinizsə, qarşılaşdığınız çətinliyi aradan qaldırmaq üçün rəsmi Dəstək saytlarından yardım istəyə bilərsiniz. Dünyanın bir çox ölkələrində PHP-Fusion haqqında məlumatı olan və bu məlumatları könüllü şəkildə paylaşan insanlar var. Həmin insanlardan yeniləmə işinizə kömək etmələri üçün yardım istəyə bilərsiniz

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
Aşağıdakıları tətbiq etsəniz saytınızı daha təhlükəsiz bir hala gətirə bilərsiniz:
  • config.php faylının yazılma iznini ləğv edin.(CHMOD dəyəri 644 olmalıdır).
  • setup.php faylını PHP-Fusion qurulumu bitdikdən sonra dərhal silin.
  • FTP və MySQL şifrələrinizin fərqli olduğundan əmin olun.
  • php, html, exe və ya hər hansı mətn fayllarının foruma əlavə olunmasına əsla icazə verməyin.
RƏSMİ DƏSTƏK SAYTLARI
Əgər PHP-Fusion haqqında bir sualınız ya da təklifiniz varsa, zəhmət olmasa əsas inkişaf etdirmə saytına www.php-fusion.co.uk daxil olaraq forumlarda sualnızı və ya təklifinizi bildirin. İstənilən suala 48 saat ərzində cavab verəcək dəstək komandamız mövcuddur.

PHP-Fusion modüllar ilə daha çəkici və özəllikli hala gələbiləcək sistemdir. Bu moduller qurulması çox asand əlavələrdir. Bir-birindən fərqli modulları rəsmi modul saytımız olan www.phpfusion-mods.com saytından əldə edə bilərsiniz.

Əgər PHP-Fusion üzərində hazır gələn sayt görünüşləri(theme) sizi qane etmirsə, rəsmi sayt görünüşü(theme) saytı olan themes.php-fusion.co.uk saytından çox çeşidli və yüksək keyfiyyətli sayt görünüşləri əldə edə bilərsiniz.

PHP-Fusionun İngilis dilindən başqa müxtəlif dillərdə dəstək verən rəsmi dəstək saytları mövcuddur. Saytların siyahısı: Almanya, Belçika, Brazilya, Bolqarıstan, Çexiya, Danimarka, Ərəbistan, Fransa, Macarıstan, İran, İtalya, Hollandiya, Norveç, Polşa, Rumınya, Rusiya, Slovakiya, İspanya, İsveçTürkiyə.
TƏŞƏKKÜRLƏR
Project Founder and Lead Developer
Nick Jones {Digitanium}

Head Developers
Max Toball {Matonor}
Robert Gaudyn {Wooya}

Development Team
Christian Damsgaard Jørgensen {PMM}
Nicolae Crefelean {Kneekoo}
Karoly Nagy {Korcsii}
Patric Forcelini {IceWasp}
Johan K. Jensen {Josso}
Hans Kristian Flaatten {Starefossen}

Additional Contributors
Claus Pedersen {Flyingduck}
Paul Beuk {Muscapaul}

Management
Jan Mølgaard {Janmol}
Happy Svensson {KEFF}
Pam Aylward {Pam}
Sheldon King {Sheldon}

3rd Party Scripts:
TinyMCE v3.0.9 - A HTML WYSIWYG editor by Moxiecode.
PHPMailər v2.0 - A sendmail class with SMTP support by Brent R. Matzelle.
HTTPDownload v1.3 - A download handler class by Nguyen Quoc Bao.
jQuery v1.2.6 - Javascript/Ajax toolkit.
Nuvola Icons - Images used in bbcodes, news categories and admin icons by David Vignoni.